“Əvvəlki günlə müqayisədə indi çox asandır” Tramp

01.03.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranın dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlməyin çox daha asan olacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “CBS” telekanalı sitat gətirib.

“Aydındır ki, əvvəlki günlə müqayisədə indi çox asandır”, - ABŞ lideri deyib.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında ABŞ “Epic Fury” (“Epik Qəzəb”), İsrail isə “Roaring Lion” (“Şirin nəriltisi”) kod adlı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. 

Daha sonra İsrail 87 yaşlı Xameneinin səhər saatlarında həyata keçirilən hücumlarda öldüyünü açıqlayıb. Bir müddət sonra Tramp, ən sonda isə İran mediası Xamneyinin ölümünü təsdiqləyib. Ölkədə 40 günlük matəm elan edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью