Əvvəlki matçlarda da bu futbolçular oynayıb Renduliç

04.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Üstün oynasanız da, nəticə olmur. Bunun səbəbi nədir?

- Bunu demək çətindir. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.

- Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?

- Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb. (sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью