Əvvəlki toylar, qazanc da yoxdur, artıq... Nadir Qafarzadə | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. "Əvvəlki toylar, qazanc da yoxdur, artıq gənclər minimal, yığcam formada toy etmək istəyir”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında müğənni Nadir Qafarzadə toylardakı vəziyyətdən bəhs edərkən deyib.
O bildirib ki, Azərbaycanın müxtəlif toy adətləri var: “Bir çox adətlərimiz kimi təəssüf ki, toy adətlərimiz də cılızlaşır, kiçilir.
Bəlkə oxucular fikirləşəcək ki, bu mənə sərf etmir deyə deyirəm. Şükür, acından ölmürük. Hamı necə, biz də elə... Şikayətçi deyilik.
Gənclər yenə məclisləri öz istədikləri kimi təşkil etsinlər. Əvvəlki toylar, əvvəlki pullar da yoxdur, heç olmayacaq da.
Süfrədə çörəyin necə qırıntısı qalırsa, bu məsələ də elədir. Çörəyin özü qalmayıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu