Əvvəllər məhkum olunmuş kişi saxlanıldı

21.11.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Pirvahid kənd sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Pərvin Mustafayev saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin idarə etdiyi avtomobil və yaşadığı ünvandan narkotik vasitə heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin, eləcə də yüksək təsiredici həblər aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə P.Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью