Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı “exit-poll”un nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “İmedi” televiziya şirkətinin sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticələrinə görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası paytaxt Tbilisidə 76,3 faiz, ümumilikdə Gürcüstan üzrə isə 81,6 faiz səs toplayaraq qalib gəlib.
“Güclü Gürcüstan-Lelo” partiyası 7,1 faiz, “Qirçi” - 6,8 faiz, “Konservativ Gürcüstan” partiyası isə seçicilərin 3 faizinin etimadını qazanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi