Əxlaqı kim pozur? “Birbirini saçlayıb sürüyən xalalar, bibilər, əmilər, dayılar” KONKRET |…
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. “Quyruğumuz qapı arasında qalanda mentallıqdan yapışırıq”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a aktrisa Zülfiyyə Qurbanova bildirib.
O, yeni seriallara dair tənqidləri belə şərh edib: “Cəmiyyət üzvləri ekrana çıxmayan hər şeyi sevirlər.
Qapalı yerlərdə söyüş, artıq kəlmələr istifadə edilə bilər. Ümumiyyətlə, biz işıqlandırılan heç nəyi sevmirik. Bütün bunlar bəhanədir.
Niyə qınanılmalıdır ki?! Mən obrazın dilindən hər hansı bir ifadəni işlətmiş və bunu çox normal qəbul etmişəm.
Quyruğumuz qapı arasında qalanda mentallıqdan yapışırıq. “Mentalitetimizə ziddir, bizə yaraşmır”, – deyirik. Niyə?
Mentalitetə zidd olan TV-lərdə bir-birilə söyüşən qadınlar, ailə-məişət problemlərini işıqlandıran verilişlərdə bir-birini saçlayıb sürüyən xalalar, bibilər, əmilər, dayılardır.
Onlar söyüş söyəndə ayıb olmur, amma biz ekranlaşdıranda ayıb olur?! Həm “Əqrəb mövsümü”, həm də “Vətəndaş A” serialında çəkilmişəm.
Tam oxu
Xəbəri oxu