Əxlaqla formalaşan peşəkarlıq Qalib İbrahimoğlu yazır

22.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bu gün bizim günümüzdür: Azərbaycan jurnalistikasının bayramıdır.

Milli Mətbuatımızın 150 ili tamam olur bu gün. Bu 150 illik yolun 31 ilində mənim də qatqım var, imzamı qələm sahiblərinin sırasına yazmışam.

Bu yolun hər addımında sözə dəyər vermişəm, peşə əxlaqını qorumuşam. Yazdığım hər sətirin məsuliyyətini daşımışam, fikrimlə təhqir arasında sərhədi qorumuşam. Kiminsə şəxsiyyətinə toxunmaqla ucuz qalibiyyətə can atmamışam.

İllər dəyişdikcə hər şey dəyişir: texnologiya, yanaşmalar... Mənim üçün dəyişməyən bir şey var: Sözə olan hörmət.

Yazmaq mənim üçün təkcə peşə yox, həm də həyat tərzi olub. Hər abzasda vicdanımın səsi var, hər cümlədə yaşadığım çağın ağrısı, ümidləri, axtarışları.

Bu yolun sonunda dövlətimin "Tərəqqi" medalı ilə təltif edildim. Cənab Prezidentin kiçik zəhmətimizə verdiyi böyük dəyərdi. Amma onu da açıq deyim: özümü "Əməkdar" adını alan jurnalistlərin heç birindən zəif hesab etmirəm. Bu 31 ildə nə əyildim, nə satıldım, nə də kimsənin sifarişi ilə yazı yazdım. İçimin rahatlığı, oxucunun etimadı ən böyük mükafatım oldu.

Bunu 31 illik jurnalistika yolunda bir hesabat kimi də saymaq olar. Bu illər ərzində yazdıqlarımı oxuyanlara, tənqid edənlərə, dəstək verənlərə minnətdaram.

150 illik milli mətbuat tarixində kiçik bir nöqtə qədər yerim varsa, bəsmdir. Çünki o nöqtədə Vicdan, Zəhmət, Ləyaqət, Əxlaq dayanır.

Bayramımız mübarək!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью