Əxlaqsız paylaşımlar edən müəllim həbs olundu

12.02.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxslə bağlı materiallar Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı musiqi məktəbinin müəllimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью