Əxlaqsız videonu yayanlar həbs olundu

12.02.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nərimanov rayonunda yerləşən “pub”ların birində əxlaqsız video çəkərək sosial şəbəkədə paylaşan və bununla da cəmiyyətə açıq formada hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, polis tərəfindən yayılan görüntülərdə yer alan Ç.S, R.H və E.Ə barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, videoda yer alan qadın 25, digər iki kişi isə 30 sutka inzibati qaydada həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью