Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən 85 yaşlı şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Axar.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Qazılar Qazısı yanında Şuranın sədri Əli Orucov deyib.
O bildirib ki, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan bir dini icmanın üzvü deyil və dini fəaliyyətlə məşğul olmayıb.
Buna görə də onun din xadimi kimi təqdim olunması əsassızdır.