Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vətəndaş Expargo-dan narazılıq edir. O deyir ki, aldığı noutbuk çatdırılsa da, lakin expargo xarici anbarda tapa bilmir
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:
“9 oktyabrda ebaydən aldığım noutbuk çatdırılıb US Postal Service tərəfindən,lakin expargo xarici anbarda tapa bilmir. 13 gündür artıq məhsuldan xəbər yoxdur. Expargo-nun ofisi belə yoxdur ki,kiməsə şikayətimizi bildirək. Rəsmi səhifələrində 28-mayda abb ilə olan ofis göstərilir.
Ora gedib çıxmışam,lakin orda yalnız 2 xidmət edən işçi var idi. Onlar da heç bir köməklik edə bilmirlər. Belə məsuliyyətsiz şirkətlə birinci dəfədir qarşılaşıram”.
Günay