“Express Lombard”da yığıncaq keçiriləcək

11.06.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

“Express Lombard” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağını keçirəcək.

Marja xəbər verir ki, yığıncaq 1 iyul 2026-cı il tarixində, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 142, giriş 2, mənzil 43 ünvanında yerləşən cəmiyyətin baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci il üzrə illik hesabatın, o cümlədən audit olunmuş maliyyə və idarəetmə hesabatlarının təsdiqlənməsi daxildir.

Bundan başqa, iclasda təşkilatın fəaliyyəti ilə bağlı ümumi məsələlər də müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla “Express Lombard” ASC-nin baş ofisində tanış ola bilərlər.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью