Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Expressbank ASC son dövr üzrə Pul Vəsaitlərinin Hərəkəti haqqında hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın əməliyyat fəaliyyətində müsbət artım müşahidə olunsa da, ümumi pul vəsaitləri və onların ekvivalentlərində azalma qeydə alınıb.
Cari hesabat dövründə bankın alınan faiz gəlirləri 45 min 872 manat (əvvəlki dövrdə 22 min 495 manat), ödənilmiş faiz xərcləri (16 min 949) manat (əvvəlki dövrdə (8 min 187) manat), alınmış haqq və komissiyalar 7 min 001 manat (əvvəlki dövrdə 3 min 360 manat), ödənilmiş əməkhaqqı və digər kompensasiyalar isə (12 min 567) manat (əvvəlki dövrdə (6 min 260) manat) təşkil edib. Nəticədə, əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya edilən xalis pul vəsaitləri müsbət 19 min 519 manata yüksəlib (əvvəlki dövrdə (8 min 065) manat mənfi idi). pizza hut
Kreditləşmə və depozit portfelində də dinamika dəyişib: müştərilərə verilmiş kreditlərdə (20 min 870) manat azalma qeydə alındığı halda (əvvəlki dövrdə 3 min 569 manat artım), müştərilərin depozitləri və cari hesablarında 44 min 190 manat nəzərəçarpan artım olub (əvvəlki dövrdə (3 min 557) manat azalma). İnvestisiya fəaliyyəti üzrə xalis istifadə olunan pul vəsaitləri (29 min 826) manata çataraq mənfi zona keçib (əvvəlki dövrdə müsbət 12 min 035 manat).
Yekunda bankın pul vəsaitləri və onların ekvivalentlərində (10 min 307) manat xalis azalma baş verib. Bununla da dövrün əvvəlinə 58 min 882 manat olan pul vəsaitlərinin həcmi dövrün sonuna 48 min 571 manata düşüb. Hesabat İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Fuad Muradalıyev tərəfindən təsdiqlənib.
Cəlalə Cəlalqızı