Expressbank ın kredit portfeli 560 milyon manatı ötüb

11.08.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Expressbank-ın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 567 milyon 815 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 18 milyon 102 min manat və ya 3,3% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 231 milyon 746 min manat, biznes kreditləri portfeli 209 milyon 381 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 126 milyon 688 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 3 milyon 355 min manat və ya 1,5%, 10 milyon 174 min manat və ya 5,1%, 4 milyon 572 min manat və ya 3,7% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью