® “Expressbank”da 2 yeni təyinat olub

02.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Expressbank”ın Müştəri xidmətləri və Maliyyə departamentlərinə direktorlar təyin olunub.

Belə ki, daha öncə “Expressbank”ın Yasamal filialının müdiri vəzifəsində çalışan Adil Kamilov Müştəri xidmətləri departamentinin direktoru vəzifəsinə təyin olunub. Bankın Maliyyə departamentinin direktoru vəzifəsinə isə Emil Hüseynli təyin edilib.

Adil Kamilov Azərbaycan Dövlət Aqrar Universitetində İstehsalın və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Peşəkar fəaliyyətinə 2007-ci ildən etibarən bank-maliyyə sahəsində başlayıb. 2008-ci ildən “Unibank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq filial müdiri vəzifəsinə yüksəlib və 2009-2015-ci illərdə bu vəzifədə fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə “Expressbank” ASC-də filial müdiri olaraq çalışmağa başlayıb. Bankdakı fəaliyyəti ərzində Elmlər Akademiyası və Yasamal filiallarının müdiri olaraq çalışıb.

“Expressbank”ın Maliyyə departamentinin yeni direktoru Emil Hüseynli “Akdeniz” Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. O, karyerasına 2015-ci ildə “Dəmirbank” ASC-də başlayıb. Burada maliyyə nəzarəti, hesabatlıq və təhlil, büdcə və planlaşdırma, eləcə də maliyyə təhlili istiqamətlərində çalışıb.

2018-ci ildə “Expressbank” ASC-də fəaliyyətə başlayan Emil Hüseynli Bankın Maliyyə departamentində büdcə və maliyyə nəzarəti üzrə müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə “Kapital Bank” ASC-də analitika istiqamətində fəaliyyətini davam etdirən Emil Hüseynli həmin ildən 2026-cı ilin avqustunadək “Unibank” ASC-də Maliyyə menecmenti departamentinin Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni təyinatların bankın müştəri xidmətlərinin və maliyyə idarəetməsinin inkişafına, eləcə də strateji hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью