“Expressbank”ın kapitalı azaldı SON DURUM

14.10.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 725 mln 447 min manat olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 11,6% artaraq 592 mln 364 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri isə illik olaraq 16,6% artaraq 594 mln 549 min manata çatıb. Həmçinin bu dövrdə müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində də artım müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 25,4% artaraq 30 sentyabr tarixinə 372 mln 203 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 329 mln 994 min manat, şirkətlərin depozitləri 42 mln 209 min manat təşkil edib.

Cari ilin üçüncü rübünün yekununda “Expressbank”ın cəmi kapitalı 130 mln 898 min manat olub ki, bu da illik müqayisədə 4 mln 997 min manat və ya 3,6% azdır.

Sözügedən dövrdə bankın faiz gəlirləri 70 mln 210 min manat, faiz xərcləri 26 mln 562 min manat, qeyr-faiz gəlirləri 14 mln 571 min manat, qeyri-faiz xərcləri isə 39 mln 634 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 6 mln 61 min manat ayırıb və mənfəətindən 2 mln 532 min manat vergi ödəyib. Nəticədə, bank cari ilin ilk 9 ayını 9 mln 941 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Expressbank” 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 30,8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0,4%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Könül Vəliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью