Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Əyalət mollaranın çıxışları məqsədlidir və bir nöqtədən, İran dini liderinin ofisindən idarə olunur" - DEPUTAT Dəyişkən siyasi ritorika, qonşu dövlətlərə qarşı hədə-qorxu və təhdidlər İranın xarici siyasət strategiyasının əsasını təşkil edir.
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar, işğal və münaqişə faktorunu hərbi gücün tətbiqi ilə sonlandırılması Tehran rəsmilərini ciddi şəkildə narahat edir.
Güclü və qüdrətli Azərbaycan İranı qorxuya salıb. Son günlər ard-arda İran mollaları tərəfindən ölkəmizin və dövlət rəhbərimizin hədəf alınm
Təbii ki, əyalət mollaranın çıxışlarının hər biri məqsədlidir və bir nöqtədən, İran dini liderinin ofisindən idarə olunur.
Xüsusilə, aparılan anti-Azərbaycan təbliğatının tarixi Azərbaycan şəhərlərində keçirilməsi təsadüfi deyil.
Teokratik rejim ənənəvi hədəf dəyişdirmək siyasəti həyata keçirməklə ictimaiyyətin diqqətini fərqli istiqamətlərə yönəltmək istəyir.
Çünki xalq rejimdən uğursuzluğa düçar olan "Müqavimət oxu" ideologiyasına xərclənən yüz milyardlarla dollar vəsaitin hesabatını tələb edir.