Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın Mursiya bölgəsinin Qanunverici Məclisi (parlamenti) hökumət başçısı Pedro Sançesi "persona non-qrata" elan edib. Bu barədə EFE agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu qərara PP və "Vox" partiyalarından 27 deputat səs verib, Sosialist Partiyasından olan 13 deputat isə qarşı çıxıb. Mursiya parlamenti İspaniya hökumətinin sədrinə qarşı belə bir tədbir görən ilk regional palata olub. Bununla parlament onun fəaliyyətinin "zərərli nəticələrinin institusional və sosial baxımdan qəbuledilməzliyini" nümayiş etdirmək istəyir. Amma bu tədbirin məcburi hüquqi qüvvəsi yoxdur. Deputat Virciniya Martines çıxışında deyib ki, bu, Sançesin yaxınlarının adı hallandığı korrupsiya işləri, habelə onun qəbul etdiyi qərarların muxtar icma üçün iqtisadi nəticələri ilə əlaqədardır.
XQ