Eyfel qülləsində həyəcan siqnalı çalınıb

24.12.2024

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Parisdəki Eyfel qülləsinin ziyarətçiləri və işçiləri yanğın siqnalı işə salındıqdan sonra təxliyə edilib. Bu barədə BFMTV məlumat yayıb.

Liftlərin elektrik naqillərində yaranan qısaqapanma səbəbindən həyəcan siqnalı işə düşüb. Təhlükəsizlik qaydalarına uyğun olaraq bütün insanlar təxliyə edilib.

Qülləyə gələnlərin təhlükədən qurtulduğu qeyd edilir. Baş verənlərin səbəbləri müəyyənləşdirilir. 


Eyfel qülləsi hər gün orta hesabla 15.000-25.000 ziyarətçi qəbul edir.

Aytac 


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью