Eyfel qülləsinin bir hissəsi satışa çıxarılacaq FOTO

11.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Fransada Eyfel qülləsinin orijinal pilləkəninin bir hissəsi hərraca çıxarılır.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, satış gələn il mayın 21-də Parisdə keçiriləcək.

Söhbət 1889-cu ildə tikilən qüllənin ikinci və üçüncü mərtəbəsini birləşdirən spiral pilləkənin 1 nömrəli hissəsindən gedir. Pilləkən 14 pillədən ibarətdir, hündürlüyü 2,75 metr, diametri isə 1,75 metrdir.

Bu pilləkən 1983-cü ildə qüllə təmir edilərkən sökülərək liftlə əvəz olunub. Həmin vaxtdan 40 ildən çoxdur ki, bir şəxsi kolleksiyada saxlanılır.

Hərracı təşkil edən "Artcurial" şirkəti bildirib ki, pilləkən hissəsinin qiymətinin 120-150 min avro arasında olacağı gözlənilir.

Qeyd edək ki, Eyfel qülləsinin pilləkənlərinin hissələri əvvəllər də satılıb. 2016-cı ildə bir hissə 523 min avroya satılaraq rekord qırmışdı.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью