Eyfel qülləsinin surəti tikildi

01.06.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın Jalpaktal kəndində məktəb məzunları doğma kəndlərinə qeyri-adi hədiyyə ediblər.

Axşam.az xəbər verir ki, onlar Fransanın məşhur Eyfel qülləsinin 30 metr hündürlüyündə olan surətini inşa etdiriblər. Layihəyə təxminən 100 min dollar xərclənib. Bildirilir ki, bu, hazırda dünyanın ən hündür Eyfel qülləsi replikası hesab olunur.

Məlumata görə, kənddə məzunların bu cür təşəbbüsləri artıq ənənəyə çevrilib. Son on ildə hər il keçmiş şagirdlər bir araya gələrək vəsait toplayır, doğma kəndin abadlaşdırılması üçün müxtəlif layihələr həyata keçirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью