Eyfeldə texniki nasazlıq, turistlər təxliyə edildi

24.12.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Parisdə Eyfel qülləsinin personalı və turistlər təxliyə edilib.

“Qafqazinfo” “BFMTV” telekanalına istinadən xəbər verir ki, buna səbəb qüllədə yanğın əleyhinə siqnalizasiya sisteminin işə düşməsi olub. 

Bildirilib ki, siqnalizasiya liftlərin elektrik naqillərində yaranan qısaqapanmaya görə işə düşüb.

Hazırda insidentin detalları araşdırılır. Qüllənin gün ərzində yenidən turistlər üçün açılacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью