Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuzda baş vermiş qəzanın görüntüsü anbaan müşahidə kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkədə paylaşılıb. Kadrdan da göründüyü kimi, “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. İddialara əsasən, qəzaya səbəb sürücünün əl əyləcini çəkməsi olub. Nəticədə yoldan çıxan maşın üç dəfə fırlanaraq hasara çırpılıb və ardınca əvvəlki halına qayıdıb. Hadisə zamanı nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.
Nərmin