Əyləci tutmayan “07” yoldan çıxaraq daşlıq əraziyə düşdü ANBAAN VİDEO

26.11.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəzarət kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 55-BV-887 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəza nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verib. Nəticədə sürücü idarəetməni itirib və maşın daşlıq əraziyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью