Əyləci tutmayan yük maşını faciəyə səbəb oldu: 1 ölü, 10 yaralı VİDEO

07.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Konya vilayətinin Kadınhanı rayonunda idarəetmədən çıxan yük maşınının qarşı yola keçərək qırmızı işıqda gözləyən avtomobillərə çırpılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Avtosfer.az Haber7-ə istinadla xəbər verir ki, qəza yük maşınının əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib. Qarşı hərəkət zolağına çıxan yük maşını 3 minik avtomobili və 1 yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 65 yaşlı sürücüsü hadisə yerində ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəza anı digər avtomobilin videoregistratoru tərəfindən saniyə-saniyə qeydə alınıb. Görüntülərdə yük maşınının zolaq dəyişərək qarşı yola keçməsi və nəqliyyat vasitələrinə çırpılması əks olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью