Eyndhovendə 16 medal

10.03.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının idmançıları 5 qızıl, 5 gümüş, 6 bürünc medal əldə ediblər.

Təmsilçilərimiz Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) Rəsul Cavadzadə (61 kq) qızıl mükafata yiyələniblər. Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, yarışın ilk günündə böyüklərdən ibarət millimizin 2 idmançısı fərqlənib. Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) bürünc medallara layiq görülüblər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью