Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etBaşlıqlar▼
Saç düzümü seçimi qadının ümumi görünüşünə ciddi təsir göstərir. Xüsusilə eynək taxan qadınlar üçün saçın uzunluğu, kəsim forması və üz ətrafında yaratdığı həcm daha böyük əhəmiyyət daşıyır. Düzgün seçilmiş model həm eynəyin çərçivəsini ön plana çıxara, həm də üz cizgilərini daha zərif göstərə bilər.
Qaynarinfo xəbər verir ki, Ukraynanın UNİAN nəşri 2026-2027-ci ilin payız-qış mövsümündə aktual olan, gündəlik istifadədə rahatlıq yaradan beş saç kəsimini təqdim edib.
1. Çiyinədək yumşaq şeqi
Saçlarının uzunluğunu qorumaqla daha həcmli görünüş əldə etmək istəyənlər üçün şeqi modeli uyğun seçimdir. Çoxqatlı kəsim və müxtəlif uzunluqlu tellər saçlara təbii dolğunluq verir.
Üz ətrafında formalaşdırılan yumşaq tellər eynəyin çərçivəsini tamamlayır, görünüşdə sərt cizgiləri yumşaldır. Bu model xüsusilə saçları nazik olan qadınlar üçün əlverişlidir.
2. Sıx çolka ilə klassik kare
Dəbdən düşməyən kare saç düzümü eynək taxan qadınlar üçün də uğurlu variantlardan sayılır. Çənə səviyyəsində və ya bir qədər aşağıda kəsilən saçlar, düz və sıx çolka ilə birlikdə səliqəli görünüş yaradır.
Bu model xüsusilə iri, düzbucaqlı və kvadrat formalı eynək çərçivələri ilə uyğunlaşır. Saçın aydın xətləri eynəyin formasını vurğulayır, yanaq sümüklərini və çənə xəttini ön plana çıxarır.
3. Yan ayrımlı dalğalı bob
Çənə səviyyəsində kəsilən, yumşaq dalğalarla tamamlanan bob saç düzümü üzə daha incə görünüş verə bilər. Asimmetrik yan ayrım və üzə doğru uzanan tellər sifətin formasını vizual olaraq tarazlaşdırır.
Saçın təbii dalğası eynəyin sərt həndəsi xətləri ilə maraqlı kontrast yaradır. Model həm dairəvi, həm də oval çərçivələrlə yaxşı uyğunlaşır. Saçı təbii formasında saxlamaq da mümkündür.
4. Piksi-bob
Piksi ilə bob arasında keçid hesab olunan bu model qısa saç sevənlər üçün nəzərdə tutulub. Kəsimin çoxqatlı quruluşu saçlara əlavə həcm verir və onları daha gur göstərir.
Üzün açıq qalması eynəyin çərçivəsini daha nəzərəçarpan edir. Dağınıq və yüngül çolka isə ümumi görünüşə hərəkətlilik qatır. Bu saç düzümü həm müasir, həm də gündəlik qulluq baxımından rahat seçimdir.
5. Klassik piksi
Qısa saçlara üstünlük verən qadınlar üçün klassik piksi modeli də aktualdır. Bu kəsim gicgah və ənsə hissəsini açıq saxlayır, boynu vizual olaraq daha uzun göstərir.
Piksi saç düzümü çolka ilə və ya çolkasız tətbiq oluna bilər. Çolka seçildikdə onun uzun və asimmetrik olması tövsiyə edilir. Beləliklə, eynək obrazın əsas detalına çevrilir, saç düzümü isə üz cizgilərini ön plana çıxarır.
Stilistlərin fikrincə, saç modelini seçərkən yalnız dəbə deyil, saçın təbii quruluşuna, sıxlığına və üz formasına da diqqət yetirmək lazımdır. Düzgün kəsim gündəlik forma verməyə sərf olunan vaxtı azalda və saçların daha həcmli görünməsinə kömək edə bilər.
Aydın