Eynəklə musiqi dinləmək mümkün olacaq

08.07.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Apple" 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və musiqi dinləməyə imkan verəcək ilk smart eynək modelini kütləvi istehsala keçirməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bunu analitik Ming-Chi Kuo deyib.

Bu yeni cihaz istifadəçilərə toxunma və ya səsli əmrlərdən istifadə etməklə foto çəkməyə, video yazmağa və musiqi dinləməyə imkan verəcək.

Bununla belə, birinci nəsil "Apple" eynəklərinin inteqrasiya olunmuş artırılmış reallıq (AR) ekranının olmayacağı bildirilir.

Analitiklər şirkətin ağıllı eynək modelinin daha uğurlu olacağını proqnozlaşdırırlar.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью