Eyni anda 3 qayda pozuntusu edən sürücü təhlükəli anlar yaşatdı VİDEO

20.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolunda qayda pozuntuları törədən sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 8-də, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

Belə ki, 90-KZ-912 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü eyni anda həm dayanma-durma qaydasını, həm nişanlanma xəttinin tələbini pozub. Sərnişini düşürdükdən sonra isə güzügüyə baxmadan qəfil hərəkətə başlayıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona qəza şəraiti yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью