Eyni anda 30 velosipedçini vurdu, ölənlər var

26.10.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Kaliforniya ştatında sərxoş sürücü ağır yol-nəqliyyat hadisəsi törədib.

Modern.az xarici mediaya istinadla bildirir ki, o, təxminən 30 velosipedçidən ibarət qrupu avtomobillə vurub. Hadisə ştatın Monkler şəhərində baş verib.

Nəticədə iki nəfər ölüb. Daha iki yaralı xəstəxanaya çatdırılıb. Hazırda onlardan biri xəstəxanada müalicə alır. Digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəzanın törədilməsində şübhəli bilinən şəxs artıq saxlanılıb. O, hadisə yerindən qaçıb. Kişiyə sərxoş vəziyyətdə avtomobil idarə etmək və insanları avtomobillə vurmaq ittihamları irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью