Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
"Aktivlərimizə zərbə endirin, sizə də eyni cavab veriləcək".
Adalet.az xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində ABŞ-nin hərbi naziri Pit Heqsetə cavab olaraq yazıb.
"Hər şey aydındır: burada neft və qaz hasilatı zənciri geniş, əlçatan və həssasdır. Bu sularda və obyektlərdə fəaliyyət göstərən Amerika neft və qaz şirkətləri də bu həssaslığa malikdir. Aktivlərimizə zərbə endirin, cavab zərbəsi alacaqsınız. Biz bunu artıq sübut etmişik. Artıq fəaliyyət göstərməyən bazalardan soruşun", - deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin hərbi naziri Pit Heqset yazmışdı ki, əgər İranın neft tankerləri Amerika gəmilərinə hücum etməyə davam edərsə, ABŞ onları məhv edəcək.