Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nigeriyada bir kişinin eyni gündə üç qadınla nikah mərasimi keçirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sözügedən şəxsin üç xanımı ilə birlikdə çəkdirdiyi görüntülər sosial şəbəkələrdə yayılıb. Fotolarda kişinin qadınlarla birgə olduğu və toy mərasimindən görüntülər əks olunub.
Onun eyni gündə üç qadınla evlənməsi istifadəçilər arasında müxtəlif reaksiyalar yaradıb. Bəzi sosial şəbəkə istifadəçiləri hadisəyə təəccüblə yanaşarkən, digərləri isə bu cür münasibət formasını müzakirə edib.
Hadisə ilə bağlı yayılan görüntülər qısa zamanda maraq doğurub və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)