Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Serhat Kılıçın sentyabrın 5-də vəfat etməsindən sonra üzücü bir təsadüf üzə çıxıb. Məşhur aktyorun illər əvvəl eyni filmdə rol aldığı Con Nyambinin də 9 il əvvəl məhz həmin tarixdə həyatını itirdiyi məlum olub.
Demokrat.az xəbər verir ki, ötən günlərdə evində vəfat edən tanınmış aktyor Serhat Kılıçla 2015-ci ildə çəkilmiş “Robinzon Kruzo və Cümə” filmində baş rolu paylaşan malavili aktyor Con Nyambinin eyni təqvim günündə, düz 9 il fərqlə vəfat etdiyi ortaya çıxıb.
Baş rolları 9 il fərqlə eyni taleyi yaşadı
“Ezel”, “Seksenler” və “Quruluş Osman” kimi məşhur layihələrdəki rolları ilə yadda qalan Serhat Kılıç üçün Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilən anım mərasimindən sonra diqqətçəkən bir detal gündəmə gəlib.
2015-ci ildə çəkilmiş “Robinzon Kruzo və Cümə” filmində “Robinzon” obrazını canlandıran Serhat Kılıçın filmdə “Cümə” rolunu oynayan və 5 sentyabr 2017-ci ildə vəfat edən rol yoldaşı Con Nyambi ilə eyni gündə həyatını itirdiyi məlum olub. İki baş rol ifaçısının ölüm tarixlərinin təqvimdə 9 il fərqlə eyni günə düşməsi diqqət çəkib.
24 yaşında böyrək çatışmazlığından vəfat etmişdi
Kılıçın vəfatından sonra yenidən gündəmə gələn Malavi əsilli Con Nyambi 2010-cu ildə universitet təhsili almaq üçün Türkiyəyə gəlmişdi.
Qara dəniz Texniki Universitetinin Biologiya fakültəsində təhsil aldığı illərdə kino dünyası ilə tanış olan gənc istedad “Robinzon Kruzo və Cümə” filmindəki performansı ilə geniş auditoriyaya tanınmışdı. Nyambi 5 sentyabr 2017-ci ildə, cəmi 24 yaşında, böyrək çatışmazlığı səbəbilə həyatını itirmişdi.
Birlikdə rol aldıqları film yenidən xatırlandı
Serhat Kılıçın qəfil vəfatından sonra üzə çıxan bu acı təsadüf anım mərasiminə qatılan sənətsevərlər və həmkarları tərəfindən də dilə gətirilib.
İki aktyoru bir araya gətirən “Robinzon Kruzo və Cümə” filmi onların ölüm tarixləri arasındakı bu üzücü kəsişmə səbəbilə yenidən xatırlanıb.
Читать полностью