Eyni məkanda il ərzində 5 ayı hücumu

29.08.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

ABŞ-nin Alyaska ştatının Kenay yarımadasında qonur ayı yerli sakinə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qadın möcüzə nəticəsində sağ qalıb.

Qaçışa çıxan qadın evinin 50 metrliyində ayının hücumuna məruz qalıb. Vəhşi zavallını 100 metrdən çox sürüyüb. Qonşular ağır vəziyyətdə olan qadını yerli xəstəxanaya çatdırıblar. Buradan isə tibbi helikopterlə Ankorica xəstəxanasına götürülüb. Üzündən və boynundan ciddi xəsarətlər alan "şikar" möcüzə nəticəsində sağ qalıb.

Yerli polisin ayının axtarışları cəhdləri nəticəsiz qalıb. Hüquq-mühafizə orqanları sakinlərə diqqətli olmağı tövsiyə edib.

Qeyd edək ki, bu, Kenay yarımadasında bu ilin əvvəlindən ayıların insanlara 5-ci hücum faktıdır.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью