Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sakaryanın Akyazı rayonundakı Madanoğlu ibtidai məktəb iki gün arayla məktəb direktoru və müəllimini itirib.
Milli.Az xəbər verir ki, məktəbin direktoru, 46 yaşlı Bülent Gündüz mayın 12-də xəstəxanada xərçəngdən müalicə olunduğu müddətdə dünyasını dəyişib.
Bu ağır itkidən sonra eyni məktəbdə Din Mədəniyyəti müəllimi işləyən 34 yaşlı Naime Qalip Yıldırımın da 2 gün sonra vəfat edib. Uzun müddətdir İstanbulda xərçəng xəstəliyinə qarşı mübarizə aparan və iki uşaq anası olan müəllim səylərə baxmayaraq həyatını itirib.
Məktəb rəhbəri və müəllimin ard-arda vəfat etməsi həm məktəb kollektivini, həm də şagirdlər və valideynləri dərindən sarsıdıb.
Fidan
Milli.Az