Eyni pəncərədən baxan Əli Kərimli və Leyla Yunus

09.02.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Cəmil Həsənli Leyla Yunusla birləşib Əli Kərimlini müdafiə komitəsi yaradıblar. 

Buna siyasətin ironiyası demək olardı, əslində, taleyin ironiyasıdır. 10 milyonluq məmləkətdə, 25 siyasi partiyanın ( hakim YAP-ı çıxırıq), 100-lərlə QHT-nin, minlərlə ictimai fəalın, müxalifətçinin olduğu ölkədə Əli Kərimlini müdafiə etmək üçün adam tapılmadı və hər şey Leyla Yunusun öhdəsində qaldı. 

O Leyla Yunusun ki, onun fəaliyyəti hər zaman Əli Kərimlinin sədri olduğu AXCP-nin, onun qurucusu Elçibəyin əleyihinə yönəlib. Bu, həmin Leyla Yunusdur ki, hələ illər əvvəl Sevinc Osmanqızının telekanalına müsahibəsində Əbülfəz Elçibəyi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə casusluqda ittiham edirdi. 

Təbii ki, Əli Kərimli ilə razılaşmadan Cəmil Həsənli bu addımı ata bilməzdi. Razılaşıblar və Leyla Yunus indi onların sırasındadır.

“Dostunu göstər sənin kim olduğunu deyim”... 

Əli Kərimli bu addımla bir daha hansı kursda və hansı qüvvələrlə birlikdə olduğunu özü sübut etdi. Leyla Yunusun kimliyi, fəaliyyətini bilənlər o kursu da bilirlər. Cəmil Həsənli və Leyla Yunus o kursun fəal tərəfdarları və təbliğatçıları kimi həmsədr olublar. Bu fakt özlüyündə millətdən, dövlətdən danışan Əli Kərimli və Cəmil Həsənlinin siyasi konyukturasının nədən ibarət olduğunun göstəricisidir. 

Əli Kərimlinin birlikdə olduğu hakimiyyət komandası, yaxud eyni təşkilatı bölüşən keçmiş partiyadaşları niyə onu müdafiə etmədi? Leyla Yunusun həmsədrliyi bu sualın açar nöqtəsidir. Onunla bir komandada olanlar, birgə olduqları keçmiş partiyadaşları Əli Kərimlini müdafiə etmir və etmək istəmədi. 

Çünki Əli Kərimli müdafiə ediləcək nə siyasi, nə də mənəvi körpü saxlayıb. Hamını ləkələməklə, şantaja məruz qoymaqla, böhtanla öz kimliyini və birinciliyini sübut etməyə çalışıb. Birincilik budurmu? Buna görə də istər indi, istərsə həbsindən əvvəl heç kim onu qəbul etmirdi. 

Hər halda özü də bilməmiş deyildi. Sadəcə, mənsub olduğu təşkilat adına siyasi manipulyasiya ilə gündəmi zəbt edirdi. İndi isə ümidi Leyla Yunusa qalıb. Əli Kərimlinin müdafiəçi kimi Leyla Yunusu seçməsi onun öz partiyasına da münasibəti göstərir. Şəxsi maraqlarını həmişə olduğu kimi indiki anda da partiyanın mənafeyindən üstün tutduğunu bir daha isbat edir. 

Leyla Yunusun köməyinə, dəstəyinə arxalanan Əli Kərimlinin iddia etdiyi və yırpatdığı AXCP-yə nə qədər bağlı olduğunun da sübutudur. Ermənilərə rəğbəti, dövlətə qarayaxma əməlləri ilə tanınan Leyla Yunusla Əli Kərimlini bağlayan səbəblər çoxdur. Çünki onların hər ikisi eyni pəncərədən baxırlar... 

Süleyman
"Cebheinfo.az"

Açar sözlər: Əli Kərimli Leyla Yunus

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью