Eyni rəqib, eyni hakim

04.06.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yığmasının iyunun 7-də Latviyaya qarşı keçirəcəyi yoldaşlıq oyununun hakimləri açıqlanıb.

FutbolPress“-in məlumatına görə, matçın baş hakimi maltalı Trastin Farruciya Kann olacaq. Referi daha əvvəl də millimizin oyunlarına təyinat alıb.

Maltalı referi 2022-ci ildə Azərbaycanın Latviyaya qarşı keçirdiyi yoxlama oyununda da idarəçilik edib. Həmin görüş millimizin məğlubiyyəti ilə başa çatıb – 0:1.

Trastin Azərbaycan yığmasının rəsmi oyununa da təyinat alıb. O, 2019-cu ildə Avro-2020-nin seçmə mərhələsinin Uels – Azərbaycan görüşünün hakimi olub. Milli bu görüşdə də məğlub olub – 1:2.

Latviya – Azərbaycan oyunu saat 17:00-da başlayacaq. Milli bundan üç gün sonra isə Bakıda Macarıstanla üz-üzə gələcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью