Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 4-də, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, 77-FD-895 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü eyni vaxtda bir neçə qayda pozuntusu törədib. Videodan da aydın şəkildə görünür ki, o, əks yolda dayanma-durma qaydasını pozub. Daha sonra hərəkət axınının əksinə sürərək qoşa xəttin tələbini pozub. Sağ zolağa yerdəyişmə edən zaman isə görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/227543.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler