Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tanınmış jurnalist və media rəhbəri Eynulla Fətullayev rəhbərlik etdiyi haqqin.az informasiya resursunu satdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, E.Fətullayev sosial media hesabında saytının domeni və təsisçi olduğu MMC-dəki tam payı notariat qaydasında iş adamı və politoloq Adəm İsmayılova satılıb.
Qeyd edək ki, Adəm İsmayılov bir müddət əvvəl Vəhdət Partiyasının sədri seçilib.