EYOF da iştirak edəcək cüdoçuların siyahısı bəlli olub

09.07.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

22–26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.

Apasport.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Qızlar

44 kq
Gülşən Hüseynova

48 kq
Nuranə Hacızadə

52 kq
Aysun Məmmədova

57 kq
Səmayə Yusifli

63 kq
Ayan Əliyeva

70 kq
Zemfira Əliyeva

Oğlanlar

50 kq
Rza Xəlilli

55 kq
Rəsul Əlizadə

60 kq
Zeyd Ələsgərov

73 kq
Məhəmməd Ağakişiyev

81 kq
Amin Mehdiyev

90 kq
Sübhan Axundov

Kəmər dərəcələri üzrə imtahan keçirilib Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью