Eyüpsorun hücumçusu Qalatasarayın hədəfində

03.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, İstanbul klubu yanvar ayında bir hücumçu transfer etmək istəyir.

"Cim-Bom"un gündəminə sürpriz bir futbolçu gəlib. Onlar "Eyüpsor"da çıxış edən Ahmed Kutucu ilə maraqlanırlar. Baş məşqçi Okan Buruk da 24 yaşlı gənc futbolçunun transfer edilməsini istəyib. 

"Qalatasaray"ın bu transfer üçün 2,5 milyon avro ödəməyə hazır olduğu deyilir. 

Qeyd edək ki, Ahmed Kutucu bu mövsüm "Eyüpsor"da 7 qol, 5 məhsuldar ötürmə ilə diqqət çəkir. Onun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью