Icma.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Rəşad İlyasov maraqlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni axşam saatlarında evinin eyvanında qonşuları üçün "konsert" verib.
Belə ki, R.İlyasov eyvana çıxaraq kanon ifa edib. O, həmin anın görüntülərini sosial şəbəkədə də paylaşıb.
İlyasov videoya "Axşam-axşam Tofiq Quliyevin "Axşam" mahnısı" qısa şərhini yazıb.