Icma.az bildirir, Idman.biz portalına istinadən. "Elmar müəllimi "Qəbələ"dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm.
Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Baş məşqçi yazdı ki, razılıq olsa, yenidən məni komandasında görmək istəyir.
Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş deyib.
Mərakeş əsilli belçikalı futbolçu yüksək yerlər uğrunda mübarizə aparan komandaya kömək istəyində olduğunu bildirib: "Azərbaycan çempionatını izləyirdim.
Təklif gəldikdən sonra "Araz-Naxçıvan"ı bir qədər də incələdim. Komandanın turnir cədvəlindəki mövqeyi iddiasından xəbər verir.
Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur. "Araz-Naxçıvan"ın uğur qazanmasına kömək etmək üçün buradayam.
Mənim də hədəflərim hər zaman yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir.