Əyyub Allaş yenidən Azərbaycanda oynayacaq RƏSMİ

06.02.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

“Araz-Naxçıvan” qış "transfer pəncərəsi" dövründə ilk transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib. Allaş "qırmızı-qaralar"da 46 oyuna 8 qol vurub. 

Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью