Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam... | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. 2025-ci il dekabrın 5-də Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, iclasda MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri müzakirə edilib.
İclası MDB İqtisadi Şurasının sədri, Tacikistan baş nazirinin birinci müavini Xokim Xolikzoda sədrlik edib.
İclasda Azərbaycanı baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Ermənistan tədbirə Rusiyadakı səfirini göndərməklə kifayətlənib.
İclasda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü ilə hazırlanmış MDB-yə üzv dövlətlərin ərazilərindən keçən magistral nəqliyyat arteriyalarının inteqrasiyası üzrə konsepsiya layihəsinə baxılıb.
Layihə haqqında məlumatı Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Janibek Taijanov təqdim edib.
Konsepsiya layihəsinin əsas məqsədi MDB çərçivəsində inteqrasiya olunmuş nəqliyyat sisteminin yaradılmasıdır.
Tam oxu
Xəbəri oxu