“Əzazil qayınanadır” Belkhemin oğlu ailə sirlərini açdı | Icma.az
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Devid və Viktoriya Bekhemin böyük oğlu Bruklin uzun illər gizli saxladığı ailə konfliktlərini ilk dəfə açıq şəkildə paylaşdı.
Bakupost.az “The Sun”a istinadən xəbər verir ki, o, sosial mediada yayımladığı diqqət çəkən bəyanatında valideynlərinin hiper-nəzarəti səbəbindən evliliyində gərginlik yaşadığını etiraf etdi və artıq ailəsi tərəfindən idarə olunmadığını vurğuladı.Bruklin valideynlərini Nikola Peltz ilə evliliyinə müdaxilə etməkdə ittiham etdi.
Onun sözlərinə görə, toy günü Viktoriya oğlunun Nikola ilə ilk rəqsini pozub, özüylə səhnəyə çıxmağı tələb edib.
Oğlu anası ilə rəqsin “çox uyğunsuz və kobud” adlandırıb. Sosial şəbəkələrdə artıq bu “utandırıcı rəqs” mövzusunda videolar yayımlanıb və iz
Viktoriya son anda paltar planını ləğv edib və Nikola “Valentino” paltarı seçməyə məcbur olub.
Bruklin valideynlərini həmçinin gəlinin xeyriyyə layihəsinə yardım etməməkdə, gənc cütlüyü atası Devidin ad günü mərasiminə dəvət etməməkdə və toy öncəsi məşhur soyadını dəyişdirməyə çalışmaqda ittiham edib.Bruklin bildirib ki, ailədəki “sevgi” anlayışı sosial şəbəkədə paylaşım sayı və ailə şəkillərində görünmək üçün hər şeyi ləğv etmə sürəti ilə ölçülür.Devid və Viktoriya Bekhem hələlik oğullarının ittihamlarına rəsmi şərh verməyiblər, amma “Spice Girls” fanatları qrupu yenidən birləşdirməklə ailə içindəki gərginlikdən diqqəti yayındırmağı xahiş edirlər.Bruklin valideynlərinə birbaşa əlaqə saxlamalarını və sosial mediada onu qeyd etmələrini qadağan edib.
Bununla bağlı sənəd Bekhemlərə vəkilləri vasitəsilə təqdim edilib.
Tam oxu
Xəbəri oxu