Ezel Akay və qardaşı saxlanıldı Səbəb KONKRET

23.07.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Türkiyəli rejissor Ezel Akay və qardaşı, musiqiçi Eren Kazım Akay Bursanın İnegöl rayonunda keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıblar.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Bursanın Narkotiklə Mübarizə Şöbəsi Ezel Akayın yaşadığı evdə çətənə yetişdirilməsi ilə bağlı daxil olan məlumat əsasında əməliyyat keçirib.

Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən axtarış zamanı evdə xüsusi qurğu vasitəsilə yetişdirildiyi ehtimal olunan çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ezel Akay və qardaşı ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью