Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Türkiyəli aktyor Barış Falay aktyorluq karyerasında onu fiziki baxımdan ən çox yoran obrazlardan biri barədə danışıb.
Demokrat.az xəbər verir ki, o, xüsusilə “Ömer” serialında canlandırdığı Reşat obrazının səhhətinə təsir etdiyini açıqlayıb.
Falayın sözlərinə görə, daha əvvəl “Ezel” serialında çoxsaylı döyüş və aksiyon səhnələrində rol almasına baxmayaraq, həmin çəkilişlər onu ciddi şəkildə yormayıb.
Aktyoru fiziki baxımdan daha çox çətinliyə salan isə “Ömer” serialındakı obrazı olub.
O bildirib ki, özündən yaşca böyük bir personajı canlandırmaq üçün uzun müddət xüsusi bədən vəziyyətində qalmalı olub. Çəkilişlər zamanı boynunu önə əyərək və belini bükərək saatlarla kamera qarşısında dayanması zamanla onda duruş problemlərinin yaranmasına səbəb olub.
Aktyor qeyd edib ki, həftənin 5-6 günü, bəzi günlərdə isə 12-14 saat bu vəziyyətdə işləməli olub. Nəticədə uzunmüddətli fiziki gərginlik səbəbindən sonradan fizioterapiya müalicəsi almaq məcburiyyətində qalıb.
Falayın açıqlamasından məlum olub ki, ekran qarşısında yaradılan obrazın fiziki xüsusiyyətləri aktyorun gündəlik iş rejiminə və sağlamlığına da təsir göstərə bilər. Aktyorun sözlərinə görə, “Reşat” obrazının tələb etdiyi duruş iki il ərzində onun üçün ciddi fiziki yük yaradıb.
Qeyd edək ki, Barış Falay “Aliye”, “Ezel” və “Medcezir” kimi məşhur Türkiyə seriallarında canlandırdığı rollarla geniş tamaşaçı auditoriyasına tanışdır.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, o, xüsusilə “Ömer” serialında canlandırdığı Reşat obrazının səhhətinə təsir etdiyini açıqlayıb.