Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Alatoranlıq" filmində əzələlərini kompüterlə yaratdılar: Robert Pattinsonla bağlı maraqlı faktlar

Hollivud ulduzu Robert Pattinson vampir Edvard Kallen obrazı ilə dünya şöhrəti qazansa da, aktyorun karyerası yalnız "Alatoranlıq" filmi ilə məhdudlaşmır.

BAKU.WS xəbər verir ki, idmanla arası olmayan aktyor bəzi rollara görə ciddi fiziki dəyişikliklər etməyə məcbur olub. Hətta bir filmdə onun qarın əzələləri kompüter qrafikası ilə yaradılıb.

Robert Pattinsonun şöhrətə gedən yolu

Aktyor 13 may 1986-cı ildə Böyük Britaniyada anadan olub. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərən Pattinson fortepiano və gitara ifa etməyi öyrənib. O, teatr səhnəsinə də erkən yaşlarından maraq göstərib.

Təbii utancaqlığı səbəbindən səhnədə çətinlik çəkən aktyorun anası onun model kimi fəaliyyət göstərməsinə dəstək olub. Lakin Pattinsonun əsl uğuru aktyorluq sahəsində gəlib. O, əvvəlcə tarixi ekran əsərlərində rol alıb, daha sonra "Harri Potter" filmində Sedrik Diqqori obrazı ilə geniş auditoriyanın diqqətini çəkib.

Dünya şöhrətini isə "Alatoranlıq" filmində Edvard Kallen obrazı ilə qazanıb. Maraqlıdır ki, aktyor bu obrazı heç vaxt xüsusi rəğbətlə qarşılamayıb. O, müsahibələrində personajını sevmədiyini gizlətməyib və onu özünə nifrət edən, psixoloji problemləri olan biri kimi canlandırdığını bildirib.

"Alatoranlıq" filmində əzələləri kompüterlə yaradılıb

Robert Pattinson idmanla maraqlanmadığını dəfələrlə etiraf edib. Uşaqlıqda bədən tərbiyəsi dərslərindən yayınan aktyorun təbii olaraq arıq bədən quruluşu olub.

"Alatoranlıq" filminin üçüncü hissəsində onun yarıçılpaq səhnədə görünməsi tələb olunanda rejissor aktyora qarın əzələlərini formaya salmağı tövsiyə edib. Lakin Pattinson məşq etməkdən imtina edib. Nəticədə onun qarın əzələləri kompüter qrafikası vasitəsilə yaradılıb.

Ancaq Betmen roluna hazırlıq zamanı vəziyyət dəyişib. Bu obrazı canlandırmağı arzulayan aktyor fiziki hazırlıq proqramına qoşulub. O, gündəlik qaçış, boks, braziliya ciu-citsusu, funksional məşqlər və dözümlülüyü artıran fiziki çalışmalarla məşğul olub.

Aktyorun sözlərinə görə, çəkilişlərdən əvvəl təxminən üç ay ərzində intensiv məşq edib. Qidalanmasına da ciddi nəzarət olunub, menyusundan fastfud, şəkər və spirtli içkilər çıxarılıb.

Robert Pattinsonun şəxsi həyatı

Aktyor bir müddət "Alatoranlıq" filminin tərəf-müqabili Kristen Stüartla münasibətdə olub. Daha sonra onun adı müxtəlif məşhur simalarla hallanıb.

Pattinson şəxsi həyatında xoşbəxtliyi aktrisa Suki Uoterhausla tapıb. Mənbədə qeyd olunur ki, cütlük uzun müddətdir birlikdədir və onların bir qız övladı var.

Robert Pattinsonun izləməyə dəyər 7 filmi

Aktyorun fərqli obrazlarda çıxış etdiyi ekran əsərləri arasında aşağıdakılar xüsusi yer tutur:

1. "Fillər üçün su!" (2011) – Böyük Depressiya dövründə səyyar sirkə qoşulan gənc baytarın həyatından bəhs edən dram. Filmdə Pattinson Riz Uizerspun və Kristof Valtsla tərəf-müqabil olub.

2. "Şeytan həmişə buradadır" (2020) – Aktyorun mənfi obrazda çıxış etdiyi psixoloji triller. O, burada ikiüzlü keşiş Preston Tiqardini canlandırıb.

3. "İtmiş Z şəhəri" (2016) – Amazon meşələrində əfsanəvi itmiş şəhəri axtaran səyyahların hekayəsini əks etdirən tarixi dram.

4. "Yüksək cəmiyyət" (2018) – Günəş sistemindən kənarda qara dəliyi araşdırmağa göndərilən məhbusların həyatından bəhs edən fantastik triller.

5. "Mayak" (2019) – Təcrid olunmuş adada çalışan iki mayak gözətçisinin psixoloji gərginliyini və yaşadıqları qorxulu hadisələri təsvir edən film.

6. "Tenet" (2020) – Rejissor Kristofer Nolanın zamanın tərsinə axması ideyası üzərində qurulmuş fantastik döyüş filmi. Pattinson burada Con Devid Vaşinqtonla birlikdə rol alıb.

7. "Betmen" (2022) – Aktyorun superqəhrəman obrazında tamaşaçı qarşısına çıxdığı ekran əsəri. Film onun fiziki hazırlığı və aktyorluq imkanları baxımından fərqli mərhələ hesab olunur.

Pattinsonun 2026-cı ildə ekranlara çıxan Kristofer Nolanın "Odisseya" filmində də rol alıb. Aktyor burada Penelopaya elçi düşən Antinoy obrazını canlandırıb. Bu, onun Nolanla ikinci əməkdaşlığıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью