Əzəli rəqabət: BMW satışlara görə Mercedes i ötdü

09.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Almaniyanın BMW və "Mercedes-Benz" şirkətləri bu ilin üçüncü rübü üzrə qlobal satış nəticələrini açıqlayıb.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, iki avtomobil nəhəngi fərqli satış tendensiyaları nümayiş etdirib.

Münhen təmsilçisi BMW satışlarını artırmağa nail olub, "Mercedes-Benz" isə əksinə, satışlarda əhəmiyyətli azalma ilə üzləşib. Şirkətlər arasında fərq 33.2% təşkil edib.

İyul-sentyabr aylarında BMW-nin qlobal satışları 588 300 avtomobilə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8.8% çoxdur.

"Mercedes-Benz" isə eyni dövrdə 441 500 avtomobil satıb ki, bu da ötən illə müqayisədə 12% azalma deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью